Azərbaycanda at əti satan sex aşkar olundu

Azərbaycanda at əti satan sex aşkar olundu
Bütün Xəbərlər
11:41 10.07.2013
1499

Ağdaş rayonunda qanunsuz olaraq at əti satışı ilə məşğul olan sex aşkar edilib.

Bu barədə APA-nın yerli bürosuna Dövlət Baytarlıq Xidmətinin baş baytar həkimi Vaqif Mirzəyev məlumat verib. Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidmətinə daxil olan siqnala əsasən, Respublika Epizotiya Əleyhinə Ekspedisiyanın, zona baytarlıq laboratoriyasının,  Ağdaş rayon baytarlıq idarəsinin və rayon baytarlıq diaqnostika kabinetinin əməkdaşları Ağdaşın Dəhnəxəlil kəndinə ezam olunublar. Keçirilən reyd zamanı kənd sakini Zeynalov Zeynal Baloğlan oğlunun evinin həyətində at tövləsi, müxtəlif yaşda və cinsdən olan 11 baş at, heyvanlar üçün kəsim yeri, tərəzi, kanalizasiya quyusu, kəsilən ətlərin daşınması üçün nəzərdə tutulan arabalar və ətin saxlanılması üçün soyuducu aşkar edilib. Ərazidən tapılan at sümükləri və sklet analiz üçün laboratoriyaya göndərilib. Ərazi nəzarət altına alınıb.

Vaqif Mirzəyev onu da bildirib ki, vətəndaş Zeynal Zeynalov qanunsuz at əti istehsalı ilə məşğul olduğu üçün ötən il sentyabrın 25-də və bu il iyunun 25-də Ağdaş rayon Baytarlıq İdarəsi tərəfindən cərimələnib. Ona bir neçə dəfə idarənin rəhbərliyi tərəfindən şifahi xəbərdarlıq edilib. Zeynal Zeynalov izahatında bildirib ki, Bərdə və Ağdaş rayonlarında yerləşən mal-qara bazarından ayrı-ayrı vətəndaşlardan aldığı atları öz həyətində sifariş əsasında kəsərək ət satışı ilə məşğul olan şəxslərə satıb. Z. Zeynalovun həyətində ötən ilin sentyabrında 15 baş diri və 5 baş kəsilmiş at, bu ilin iyununda 9 baş diri at, hazırda isə biri xəstə olmaqla 11 baş diri at aşkar edilib. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, bir neçə gün öncə Yevlax rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində də qanunsuz at əti satışı ilə məşğul olan sexlər aşkar edilmişdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb