Azərbaycanda ata 3 yaşlı qızını ona oxşamadığı üçün boğdu

Azərbaycanda ata 3 yaşlı qızını ona oxşamadığı üçün boğdu
Bütün Xəbərlər
14:23 04.03.2014
5412

Qəbələ rayonunda baş vermiş dəhətli qətl hadisəsinin təfərrüatları məlum olub.

AZXEBER.COM-un “Lent.az”a istinadən verdiyi məlumata görə, Kürd kəndinin sakini 1968-ci il təvəllüdlü Gündüz Ələsgərov 2012-ci ilin may ayında dünyaya gəlmiş qızı Mədinəni ona bənzəmədiyinə görə öldürüb. Belə ki, hadisədən əvvəl G.Ələsgərov həyat yoldaşı ilə mübahisə edib. O, böyük qızının ona bənzədiyini, lakin daha sonra dünyaya gələn Mədinənin atasına oxşamadığını bildirib. Qadınla dalaşan 46 yaşlı kişi onu evdən qovub və daha sonra köməksiz vəziyyətdə olan körpəni boğaraq öldürüb. Hadisə vaxtı G.Ələsgərovun 3 yaşlı digər qızı evdə olub.

Bildirilir ki, G.Ələsgərov həyat yoldaşını döyüb və evdən çıxararkən uşaqları özü ilə götürməsinə imkan verməyib. O, hadisə vaxtı sərxoş olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR