Yaralı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə mayın 24-ü, axşam saatlarında Xaçmaz rayonunun Alekseyevka kəndində baş verib. 55 yaşlı kənd sakini Əhliman Dəmirov oğlu 24 yaşlı Səxavət Dəmirovu bıçaqlayıb. AZXEBER.COM Regional TV-yə istinadən xəbər verir ki, yaralı Xaçmaz Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Ona boyun və bel nayihələrinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyat olunan 24 yaşlı gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Əhliman Dəmirov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə-münaqişəsi zəmnində baş verdiyi bildirilir. Faktla bağlı AR CM-nin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.