Azərbaycanda ata oğlunu zəncirlə ağaca bağlayaraq döydü

Azərbaycanda ata oğlunu zəncirlə ağaca bağlayaraq döydü
SOSİAL
16:37 27.07.2021
440
Tovuz rayonunda ata oğlunu ağacla döyüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Atanın oğlunu zəncirlə ağaca bağlayaraq döyməsinin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR