Statistika onu deməyə əsas verir ki, seksual zorakılıqla bağlı cinayətlərin əksəriyyəti bölgələrin payına düşür. Paytaxt Bakıda da bu cür hadisələr heç də azlıq təşkil etmir.
Statistika göstərir ki, il ərzində 500 cinayətin 1,1 faizi seksual xarakterli - zorlama cinayətləridir. Bundan başqa, il ərzində uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri 4 faiz təşkil edir, bu hərəkətlərə məcburetmə isə 0,1 faiz olub. Azərbaycanda 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayətlərinin sayı daha çox - 20 faiz təşkil edir.
Təxminən il ərzində 150-180 cinayət faktı buna aiddir.
Ailədaxilində cinsi zorakılığa səbəb olan psixloji amillər nələrdir?
Bu hadisələr demək olar ki, mətbuat vasitəsi ilə vaxtaşırı ictimailəşdirilir. Atanın öz doğma qızını zorlaması, qardaşın öz bacısını zorlaması və buna bənzər ailədaxili zorlanma hadisələri artıq cəmiyyəti həyəcan təbili çalmağa məcbur edir.
Psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a açıqlamasında bu cür hadisələrin mətbuat səhifələrində xəbər kimi deyil, araşdırma kimi verilməsinin tərəfdarı olduğunu bildirib.
Psixoloqun sözlərinə görə, bundan da təsirlənən insanlar var ki, bu xəbərlər onlarda stimul yaradır:
Ciddi psixoloji problemi olan insanlar daha çox bu cür addımlar atırlar. Təbii ki, bunun özünün də müəyyən risk qrupları var.
Birinci risk qrupuna - ailədə atanın nüfuzunun aşağı olması və onun evdə öz atalıq funksiyasını tam yerinə yetirə bilməməsidir. Belə olan təqdirdə ata ailədə öz nüfuzunu deyə bilmədiyi üçün, psixoloji sarsıntı keçirir və bu cür yola əl atır. Eləcə də ana tərəfdən bu cür hadisələr baş verir. Ailədə ananın nüfuzu olmadığına görə, o psixoloji sarsıntı nəticəsində bu cür hadisələrə meyilli ola bilir.
İkinci risk qrupuna, xroniki alkoqolizmdən əziyyət çəkən ailələr daxildir. Bilirsiz ki, alkoqolizmin ən əsas fəsadlarından biri də zaman keçdikcə insanın şüurunu parçalamasıdır. Şüur parçalandıqdan sonra insan tamamilə zorakılığa meyilli olur. Bununla da ailədə azyaşlı uşaqlara qarşı cinsi zorakılıq hadisələri baş verir”.
Psixoloqun sözlərinə görə, bu cür hadisələrin qarşısını almaq üçün sosial işçilərin sayının artırılması daha vacibdir. Xüsusən bölgələrdə və təhsil ocaqlarında sosial işçilər fəaliyyət göstərməli və onlar bu hadisələrin baş verməməsi üçün maarifləndirmə işləri aparmalıdırlar:
“Hər bir ailədə bu hadisələr baş vermədən öncə müəyyən həyacan siqnalları olur. Yəni hadisənin baş verdiyi gündən öncə bir neçə dəfə mütləq bunu işarə edən psixoloji amillər özünü göstərir. Buna görə ailə bu problemin aradan qaldırılmasına maraqlı olmalıdır. Digər tərəfdən də sosial işçilər bu işlə yaxından məşğul olmalı və problemin özəyinə varmalıdırlar”.
Cinsi zorakılığa məruz qalanlar kimlərə müraciət etməlidir?
Cinsi zorakılığa məruz qalan şəxslər hüquqi işlərin başlaması üçün mütləq hüquqşünasa müraciət etməldir. Ancaq zərərçəkənlərin daha çox qorxudulması bu cür müraciətlərin sayını azaldır.
“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova AZXEBER.COM-a açıqlamasında cinsi zorakılığa məruz qalan şəxslərin hadisədən bir müddət sonra müraciət etdiklərini bildirib. Bu müraciətlərin əksəriyyəti dəlil və sübutların yox olmasından sonra baş verir ki, bu da dolayısı ilə hüquqi işlərin başalnılmasına maneəçilik törədir:
“Zorlanma hadisələrində zərərçəkənin əlehinə işləyən yeganə məsələ onun zorlandıqdan bir müddət sonra ya polisə ya da bizə müraciət etməsidir. Bu zaman zorlanma zamanı meydana çıxan dəlil və sübutlar yox olur. Ekspertiza isə, zərərçəkənin iddiasını buna görə qəbul etmir. Ona görə, zorlanma hadisəsi ilə qarşılaşan qadınlar mütləq hadisənin ardından tibbi arayış almalı və polisə müraciət etməlidirlər”.
Əfsələddin Ağalarov