Azərbaycanda avtobus aşdı: 12 nəfər yaralı

MAQAZİN
20:13 27.03.2013
2410
Bu gün Goranboy rayonunun Ağcakənd kəndində ağır yol qəzası baş verib.Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd ərazisində sərnişinlə dolu mikroavtobus aşıb. Avtobusun dərəyə yuvarlanması nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 4 nəfərinin xəsarəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib.Ağcakənd kəndi işğal altında olan Xocalı rayonunun müvəqqəti inzibati mərkəzi olduğuna görə hadisə yerinə Xocalı RPŞ-nin əməkdaşları çıxıb.Faktla əlaqədar araşdırmalar aparılır.//lent.az

OXŞAR XƏBƏRLƏR