Azərbaycanda avtomobil çaya aşıb, ölən və yaralananlar var

Azərbaycanda avtomobil çaya aşıb, ölən və yaralananlar var
Bütün Xəbərlər
13:45 26.11.2013
586
Azərbaycanda avtomobilin çaya aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də saat 18.30 radələrində Hacıqabul rayonunun Rəncbərlər kəndinin ərazisində Nəvahi kənd sakini Şəkixan Zeynalov idarə etdiyi “TOFAŞ” markalı avtomobili Pirsaat çayına aşırıb.
Ş.Zeynalovun sərnişini, həmkəndlisi Şahnaz Məlikova hadisə yerində ölüb, özü və digər sərnişini Rəfiqə Bəbirova xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR