Azərbaycanda avtomobil iki piyadanı vurdu

Azərbaycanda avtomobil iki piyadanı vurdu
Bütün Xəbərlər
08:10 05.12.2012
735

Calilabadda avtomobil qəzası bas verib, iki piyada muxtəlif bədən xəsarətləri alıb.AZXEBER.COM-un məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Uzuntəpə kənd yolunda qeydə alınıb.VAZ 2107 markalı avtomobil surucusu 1983-cu il təvəlludlu Vurqun Muradov Cəlilabad istiqamətində hərəkət edərkən ötmə əməliyyatı zamanı idarəetməni itirib.Bu zaman 1977-ci il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi Şevrolet markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən yoldan çıxan VAZ 2107 markalı avtomobil yolun kənarı ilə gedən Cəlilabad rayon sakinləri 1979-cu il təvəllüdlü Şəmşir Məmmədovu və 1962-ci il təvəllüdlü Səbirgül Kazımovanı vurub. Yaralılar polis əməkdaşlarının və kənd sakinlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib .Hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR