Azərbaycanda avtomobillərin qiyməti bahalaşacaq - SƏBƏB

Azərbaycanda avtomobillərin qiyməti bahalaşacaq - SƏBƏB
SOSİAL
12:47 02.11.2021
1089
Ötən gün bir çox dövlət rüsumlarında dəyişiklik müzakirə edilib. Bu dəyişikliklər avtomobillərlər bağlı dövlət rüsumları; avtomobil nömrələri ilə bağlı dövlət rüsumları; sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar; möbil cihazlara görə dövlət rüsumları; dərman vasitələrinin dövlət qeydiyatına görə; şəxsiyyət vəsiqəsi üçün rüsumlar; nikahın qeydə alınması və pozulmasına görə olan rüsumlar; alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə və başqalarını əhatə edib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bu haqda deyib:
 
"Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir.

Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”. 

Bəs bu rüsumların artırılması dövlət büdcəsinə necə təsir edəcək?
 


Bununla bağlı AZXEBER.COM-a iqtisadçı, deputat Vahid Əhmədov fikirlərini bildirib. Deputat qeyd edib ki, artımların büdcəyə hansı təsiri olacağını qanun qəbul olunduqdan sonra demək mümkün olacaq:

"Hələ bu qanun qəbul olunmayıb. Orada müəyyən məsələlər, təkliflər var, onlara baxılacaq, hələ birinci oxunuşa vermişik. Ona görə də, sonda bilinəcək ki, büdcəyə təsirləri necə olacaq, amma elə ciddi bir təsiri yoxdur. Çünki bu vaxta qədər, məsələn, dövlət rüsumlarından təşkilatlarda müəyyən qədər vəsait saxlanılırdı ki, işləyən insanların sosial müdafiəsinə kömək olsun. Onlar hamısı ləğv olunub və dövlət bücəsinə köçürülüb. Orada digər artımlar var, müəyyən yerdə azalmalar var, amma qanun qəbul olunmayıb deyə hələlik, tam təsirlər barədə danışmaq çətindir”.
 


İqtisadçı-ekspert Elnur Quliyev AZXEBER.COM-a ölkəyə idxal olunan avtomobillərə gömrük rüsumlarının artırılması haqqında danışıb:

lkəyə idxal olunan avtomobillərə gömrük rüsumlarının artırılması daxili avtomobil bazarındakı cari qiymətlərə birbaşa təsir edəcək və minimum 10-15% bahalaşmaya səbəb olacaqdır. Gömrük rüsumunun artırılması idxalı azaldacaq. Bu isə, bilavasitə təklifin daralmasına və qiymət artımına gətirib çıxaran amildir. Bununla bərabər, qiymətlərin artması köhnə avtomobillərə tələbatı daha da artıracaq. Bu isə son nəticə ölkədə avtomobil parkının yenilənməsi prosesini daha da gecikdirəcəkdir. Hesab edirəm ki, yeni və ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını stimullaşdırmaq lazımdır. Bunun üçün ən effektiv üsul isə bu avtomobillər üçün idxal vergisində müəyyən güzəştlərin edilməsidir”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR