Azərbaycanda ayı insanlara hücum etdi - xəsarət alan var

Azərbaycanda ayı insanlara hücum etdi - xəsarət alan var
SOSİAL
14:08 19.10.2025
177
Babək rayonunda ayı insanlara hücum edib, xəsarət alan var.

Hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Ayı kənddə Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum çəkib. Nəticəsdə Məzahir Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

Məzahir Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
 
///apa
OXŞAR XƏBƏRLƏR