Azərbaycanda azyaşlı qıza təcavüz edənlərin məhkəməsi başa çatdı- TƏFƏRRÜAT

Azərbaycanda azyaşlı qıza təcavüz edənlərin məhkəməsi başa çatdı- TƏFƏRRÜAT
SOSİAL
15:04 17.02.2021
982
Şirvan şəhərində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1993-cü il təvəllüdlü Allahverdi Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, Allahverdi Sultanov 2019-cu ilin noyabr ayının əvvəllərində 2007-ci il təvəllüdlü Firuzə Əhmədova (ad-soyad şərti verilib - red.) əvvəlcə qeyri-təbii yolla, daha sonra təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı Allahverdi Sultanov barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firuzə Əhmədova bildirib ki, 2007-ci ildə Şirvan şəhərində anadan olub: "Şirvan şəhərində yerləşən orta məktəblərdən birinin yeddinci sinif şagirdiyəm. Allahverdi Sultanovla 2018-ci ilin aprel ayında "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanış olmuşam. Allahverdi mənə dostluq göndərdi, mən də qəbul etdim.

Bundan sonra Allahverdi ilə "İnstagram" sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamağa və danışmağa başladıq. Onunla tanış olduqdan sonra sevməyə başladım, lakin heç vaxt görüşmədik. Allahverdinin sözləri mənə xoş təsir bağışladı. Hətta iş o yerə gəlib çatdı ki, onun icazəsi olmadan heç bir iş görmürdüm. Allahverdi mənim məktəbə getməyimə də etiraz etdi. Bu səbəbdən də ailədə narazılıq yarandı".

Firuzə Əhmədovanın sözlərinə görə, 2018-ci ilin sentyabr ayında nənəsi infarkt keçirtdiyi üçün anası ilə birlikdə Neftçala rayonu Aşağı Surra kəndinə gedib və nənəsinə kömək edib:

"Mən də həmin vaxt Allahverdidən icazə alaraq Neftçala rayonu Aşağı Surra kəndinə getdim. Allahverdi mənə elçi göndərmək istədiyini dedi. Mən də onu çox sevdiyim üçün etiraz etmədim. 2019-cu ilin fevral ayında Allahverdi valideynlərini bizə elçi göndərəcəyini dedi, məndən yaşadığımız evin ünvanını soruşdu. Mən də ünvanı ona dedim".

Zərərçəkmiş bildirib ki, 2019-cu il fevralın 16-da Allahverdinin bibisi, anası, atası və ortaq dostları, eləcə də Qarabağ əlili olan Rüfət adlı şəxs onlara elçi gəlib: "Həmin gün atam Allahverdinin anasına bu faktın gələcəkdə cinayət məsuliyyəti yaradacağını dedi. Bundan sonra Allahverdi ilə danışdım və atamın söhbətləri barəsində məlumatımın olmadığını bildirdim.

Anama israrla bildirdim ki, Allahverdiyə qoşularaq qaçım. Anam bu haqda atama deyəndə o, mənim qoşulub-qaçmaq fikrimə əsəbiləşdi. Lakin atama da məni el adəti ilə verməsə, Allahverdi ilə qaçacağımı söylədim. Atam məni Allahverdiyə ərə verməyə razılaşdı və mənim yetkinlik yaşına çatmağım üçün 4 il gözləməli olacağımızı söylədi".

Firuzə Əhmədovanın ifadəsinə görə, bundan sonra Allahverdi ilə mobil telefonla danışmağa davam edib: "Allahverdi bizim Şirvan şəhərində yerləşən evimizə təxminən 3 dəfə qonaq gəlib. 2019-cu ilin noyabr ayının əvvəllərində Allahverdi bizə ikinci dəfə qonaq gəldi. Anam mənim təkidimlə Allahverdinin ad günü üçün tort hazırladı. Ad günü 15 oktyabr tarixində olsa da, Allahverdiyə yenidən ad günü keçirdik.

Həmin gün gecə saat 2 radələrində Allahverdi ilə qonaq otağında söhbət etdik. Qardaşım da mobil telefonda oyun oynayırdı, qulağında qulaqcıq vardı. İşıqları söndürdüyümüz üçün otaq qaranlıq idi. Bu zaman Allahverdi mənə anal yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən əvvəlcə qəbul etmədim. Lakin Allahverdini sevdiyim və cinsi əlaqədə olmaq istədiyim üçün razılaşdım. Bundan sonra biz birlikdə divanının üzərində anal yolla cinsi əlaqədə olduq. Təxminən 5-10 saniyə anal yolla cinsi əlaqədə olduq. Birdən ağrı hiss etdim, bəsdi dedim".

Firuzə Əhmədova qeyd edib ki, bakirəliyinin pozulmasından şübhələnib və hamama gedib: "Orada məndən qan gəldiyini gördüm. Həmin axşam heç kimə bir söz demədim. Növbəti gün Allahverdi bizdən getdikdən sonra zəng vuraraq axşam qızlıq bəkarətimi pozduğunu bildirdim. Allahverdi qızlıq bəkarətimi pozduğunu əvvəlcə inkar etdi. Lakin sonradan mənimlə razılaşdı və məni qaçıracağını dedi".

Firuzə Əhmədovanın sözlərinə görə, Allahverdi 2020-ci ilin yanvarın 7-də onlara qonaq gəlib: "Qoşulub qaçmaq üçün Allahverdi ilə razılaşdım. Yanvarın 8-də, səhər saatlarında evdən çıxdım. Şirvan avtovağzalından tanımadığım taksi ilə Bakı şəhərinə getdik".

Zərərçəkmiş bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs və ailəsi 4 ildən sonra onların evlənəcəklərinə söz verib: "Bu səbəbdən nişan üzüyümü barmağıma taxdı. Hazırda ona qarşı heç bir şikayətim yoxdur".

Bu cinayət işi Şirvan şəhər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Allahverdi Sultanovun barəsində Cinayət Məcəlləsinin 70.1-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il müddətinə şərti cəza verilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Allahverdi Sultanovun barəsində şərti cəza təyin edilməsi ilə bağlı hökmlə razılaşmadığını qeyd edib. O, Allahverdi Sultanovun Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.

Prokurorun protesti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb və protestin təmin olunması ilə bağlı qərar elan edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Allahverdi Sultanovun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 1 gün müddət təyin edilmiş 3 il müddətdən çıxarılıb. Allahverdi Sultanovun barəsində 2 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Allahverdi Sultanovun cəzasının əvvəli 2020-ci il noyabrın 6-dan hesablanıb.

Qeyd edək ki, 3-cü qrup əlil olan Allahverdi Sultanov həbs olunamamışdan əvvəl "Evrascon" tikinti şirkətində dəmirçi işləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var