Azərbaycanda azyaşlı uşaq dərmandan zəhərlənərək öldü

Azərbaycanda azyaşlı uşaq dərmandan zəhərlənərək öldü
Bütün Xəbərlər
16:30 17.04.2013
1189

Balakən rayonunun Gərəkli kəndində bədbəxt hadisə qeydə alınıb. Uşaq içdiyi dərmanlardan zəhərlənib.

AZXEBER.COM-un məlumatına görə, Balakən Mərkəzi Rayon Xəstəxanasında faktı təsdiqləyiblər.Bildirilib ki, ötən gün Gərəkli kənd sakini, azyaşlı Seyfulla Nəsibovun valideynləri onu xəstəxanaya çatdırıblar. İlkin məlumatlara əsasən Seyfulla Nəsibov evində müalicə alırmış. Uşaq məhz içdiyi dərmanlardan zəhərlənib.Mərkəzi Rayon Xəstəxanasında azyaşlıya ilkin tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və uşaq qısa müddətdə dünyasını dəyişib.Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

OXŞAR XƏBƏRLƏR