Azərbaycanda azyaşlı uşaq yük maşının altında qaldı

Azərbaycanda azyaşlı uşaq yük maşının altında qaldı
Bütün Xəbərlər
13:24 18.06.2013
1382

Qubada azyaşlı uşaq faciəli şəkildə ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 17-də Qubanın Alpan kəndi ərazisində qeydə alınıb. Kənd sakini Samir Səfərov “KamAZ” markalı avtomaşını hərəkətə gətirərkən qonşuluqda yaşayan azyaşlı Cəsur Xəlilov təkərin altında qalaraq ölüb. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR