Azərbaycanda bacı bacını bıçaqladı

Azərbaycanda bacı bacını bıçaqladı
Bütün Xəbərlər
13:02 18.10.2012
1895

Biləsuvarda iki bacı arasında yaranmış münaqişə bıçaqlanma ilə bitib.

34 yaşlı Aynurə İmanova xəstəxanadan, anasının ziyarətindən evə qayıdarkən evin səliqəsiz olduğunu görüb və böyük bacısına iradını bildirib. İrad münaqişə ilə nəticələnib. Əsəblərini cilovlaya bilməyən Aynurə mətbəxt bıçağı ilə bacısı Könülə xəsarət yetirib. Könül İmanova dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Aynurə İmanova isə polis əməkdaşları tərəfindən saxlanılıb. 

OXŞAR XƏBƏRLƏR