Azərbaycanda bakirəkiyin bərpa edilməsi cinayətdirmi? - RƏSMİ

Azərbaycanda bakirəkiyin bərpa edilməsi cinayətdirmi? -  RƏSMİ
Bütün Xəbərlər
12:48 16.11.2015
6765
Bir müddət öncə Azərbaycanda toy adətlərindən bəhs edərkən illərin stereotipləşmiş bakirəlik məsələsi ilə bağlı araşdırmanı təqdim etmişdik. Məlum olmuşdu ki, Azərbaycanda bəzən qızlar evlənməzdən əvvəl itirdikləri bakirəliklərini toydan öncə cərrahi müdaxilələrlə bərpa etdirirlər.
AZXEBER.COM xəbər verir ki, modern.az saytı "Təmiz Dünya" Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri Mehriban Zeynalovanın "Nikahdan əvvəl tibbi müdaxiləyə müraciət edən qızlarımızın sayı artıb" iddiasını dini və qanuni aspektdən də araşdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı deyib ki, müzakirə edilən problem, əslində, yeni deyil:
"Tibbin bəlli texnologiyalarının inkişafı və cəmiyyət əxlaqının bəlli deqradasiyasiyası sayəsində 30-40 ilə yaxındır ki, zaman-zaman belə söhbətlərin şahidi oluruq. Bu qəbildən hadisələrin, əslində, İslam dini baxımından deyil, sosiologiya, pedaqogika və psixoligiya baxımından öyrənilməsi daha məqsədəuyğun olardı.
Lakin dinimizin əxlaqi kontekstlərində müəyyən məqamlar var ki, onları əlbəttə nəzərdən qaçırmaq olmaz".
Q.Cavadlı hesab edir ki, faktın özü - İslam dinində böyük günahlardan sayılan zina hadisəsi və ardınca gələn, çirkin (məkruh) əməlllərdən sayılan yalan və xəyanətdir:
"Zina barədə hökm: "Zinaya yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur" (İsra, 32) ayəsindədir. Bu faktı yaradan səbəb və nəticələr ağırlaşdırıcı və ya yüngülləşdirici ola bilər, lakin həmin qadının, eləcə də onu bu günaha sürükləyən nadürüst insanların üzərindən ilahi əzabı da, sosial qınağı da azaltmaz.
Çarə tövbə etməkdədir ki, Qurani-Kərimdə zinaya dair ayədə çox mükəmməl şəkildə şərhi verilib: "İçərinizdən belə qəbih işlər görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!" (Nisa, 17)".
QMİ rəsmisi deyir ki, müsəlman əxlaqına malik cəmiyyətlərdə belə faktlar heç vaxt müsbət qarşılanmayacaq: "Lakin məhrəmiyyəti, qorumaq ailənin seçimi, əfv etmək isə Allahın lütfü olaraq qalacaqdır".
Bu məsələnin dini tərəfidir.
Bəs, nikahdan əvvəl tibbi müdaxilə etdirmək istəyən şəxs və "əməliyyat"ı icra edən həkimi nə gözləyir? Onlar bu əməlləri ilə cinayət məsuliyyəti daşıyırlarmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən modern.az saytına bildirilib ki, bu, cinayət deyil və cərrah bakirəliyini itirən qızı "bakirə" edirsə, buna görə, onu heç bir cəza gözləmir.
Bakirəliyin cərrahi yolla bərpası tibbdə himenoplastika adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələnlərin sayında artım müşahidə edilir...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var