Azərbaycanda Bayraq Festivalı keçiriləcək

Azərbaycanda Bayraq Festivalı keçiriləcək
Bütün Xəbərlər
12:57 02.11.2012
1110
Azərbaycanda ikinci Respublika Bayraq Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festival noyabrın 7-də saat 15.00-da Bakı İdman Sarayında (Neftçilər prospekti 24a) “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunacaq. Nazirliyin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində gənc rəssamların iştirakı ilə müsabiqənin keçirilməsi, qaliblərin mükafatlandırılması və tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək.Tədbirdə dövlət qurumlarının, qeyri-hökümət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, tələbələrin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgər heyətinin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR