Azərbaycanda bədbəxt hadisə: 77 yaşlı kişini ildırım vuraraq öldürdü

Azərbaycanda bədbəxt hadisə: 77 yaşlı kişini ildırım vuraraq öldürdü
SOSİAL
23:14 24.05.2026
970
Füzuli rayonunda bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR