Azərbaycanda Belarus texnikasının yığılmasının çeşidinin genişləndirilməsi təklif olunur

Azərbaycanda Belarus texnikasının yığılmasının çeşidinin genişləndirilməsi təklif olunur
SİYASƏT
21:27 15.05.2023
227
Azərbaycanda Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasının çeşidini genişləndirmək lazımdır.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Belarus Baş nazirinin müavini İqor Petrişenko ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının Bakıda keçirilən iclası zamanı bildirib.

İ.Petrişenko dövlət başçılarının və hökumət başçılarının qarşıya qoyduğu əsas vəzifələri qeyd edib. "Birincisi, Gəncə Avtomobil Zavodunda texnikanın yığılması çeşidinin genişləndirilməsini, o cümlədən MAZ ASC-nin şassilərində xüsusi texnikanın birgə istehsalının və sərnişin elektromobillərinin birgə istehsalının bərpasını təmin etmək lazımdır. Bunun üçün Belarus texnikasının mövcud tam kataloqu əsasında modellər və kəmiyyət müəyyən edilməli və Azərbaycan müəssisəsi üçün müvafiq sifariş formalaşdırılmalıdır. İkincisi, Gəncə Avtomobil Zavodunda Belarusun traktor komplektlərindən traktorların istehsalının, o cümlədən üçüncü ölkə bazarları üçün, sistemli şəkildə artırılması üzrə işləri davam etdirmək lazımdır”, - o deyib.

Baş nazirin müavini həmçinin Azərbaycanın şəhərlərində lift təsərrüfatının modernləşdirilməsi proqramları üçün Belarus liftlərinin tədarükü məsələsinin həyata keçirilməsini zəruri hesab edir. "Biz öz növbəmizdə Azərbaycan tərəfdən müvafiq maliyyənin ayrılmasına ümid edirik”, - o əlavə edib.

İ.Petrişenkonun sözlərinə görə, aqrar və emal kompleksinin müəssisələri Belarus və Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü həcmini artırmalı, eləcə də ərzaq məhsullarının çeşidinin genişləndirilməsini təmin etməlidirlər. "Bunun əlaqədar iki ölkənin səlahiyyətli orqanları Belarus qida təhlükəsizliyi sisteminin ekvivalentliyinin tanınması və Belarus qida istehsalçılarının Azərbaycanın müvafiq reyestrinə daxil edilməsi məsələsini operativ şəkildə həll etməlidir”, - o bildirib.
"Bundan əlavə, yaxın vaxtlarda Azərbaycanda qeydiyyatdan keçmiş müəssisə əsasında baytarlıq preparatlarının birgə istehsalı layihəsinin praktiki icrasına başlamalı, məhsulların qeydiyyatı və Azərbaycanda satışı ilə bağlı məsələlərin həllinə kömək etməliyik”, - Baş nazirin müavini söyləyib.

O, həmçinin Belarusun layihə və tikinti təşkilatlarının iş və xidmətlərinin tələb oluna biləcəyi konkret sahələrin operativ öyrənilməsini vacib vəzifələr arasında göstərib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub
22:43 11.03.2025
AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub
Sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib
22:32 11.03.2025
Sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
22:24 11.03.2025
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib