Azərbaycanda bələdiyyə seçkiləri başlayır

Azərbaycanda bələdiyyə seçkiləri başlayır
MEDIA
11:56 17.10.2014
1938
Gələn həftə Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix elan ediləcək.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün MSK-da keçirilən müşavirənin açılışındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı artıq tədbirlər planı da hazırlanıb.
M.Pənahov qeyd edib ki, bütün addımları atmağa başlayanda onların qanunverciliyin tələblərinə uyğun olması üçün MSK tədbirlər görməyə, maarifləndirici işlər aparmağa başlayıb.
MSK sədri bildirib ki, Azərbaycan artıq həm iqtisadi, həm də insanların potensialı baxımından inkişaf etmiş ölkədir. Azərbaycan müstəqilliyini qazanandan, dövlət strukturları formalaşandan sonra dünyanın demokratik dövlətlər ailəsinin üzvü olduğunu ortaya qoya bilib: "Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün, o cümlədən ölkədə demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb. Bütün dünyada dövlətlərə, xalqlara qiymət o ölkədə keçirilən seçkilərə verilən qiymət əsasında formalaşır. Məhz ona görə də Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf şəkildə keçirilməsinə ciddi diqqət var. Azərbaycan Prezidenti bu məsələni həmişə diqqətdə saxlayır".
Onun fikrincə, Azərbaycan Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.
M.Pənahov əlavə edib ki, harada ədalətli seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, dünya təcrübəsi göstərir ki, bu, orada ciddi problemlərə gətirib çıxarır. Amma bu vaxta kimi Azərbaycan Prezidentinin ölkədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün iradəsinin olmamasına heç işarə belə yoxdur: "Qısqanc ölkələr, qısqanc qurumlar insan hüquqlarının ölkələrin daxili işləri olmadığını əsas gətirərək seçkilər yolu ilə Azərbaycana müdaxilə etmək imkanları əldə edə bilərlər. Biz də çalışmalıyıq ki, onlara bu imkanları verməyək".
O, əlavə edib ki, MSK seçkilərin yüksək səviyyədə, demokratik, şəffaf və ədalətli qaydada keçirilməsi üçün hazırda bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
22:36 03.04.2026
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
22:26 03.04.2026
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!
22:23 03.04.2026
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!