Azərbaycanda benzinin qiyməti yenə niyə qalxdı?

Azərbaycanda benzinin qiyməti yenə niyə qalxdı?
Bütün Xəbərlər
10:44 06.08.2014
4680

Xəbər verdiyimiz kimi, “Premium Euro-95” markalı benzinin qiyməti qalxıb. 

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqələri (YDM) benzinin qiymətinin qalxmasını belə açıqlayıblar: 

 “Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: “Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”.  

 “Azpetrol” şirkətindən “isə qeyd ediblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: “Azərbaycanda yalnız iki şirkət - ARDNŞ və “Azpetrol” “Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. “Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım “Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”.  

 Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

 

OXŞAR XƏBƏRLƏR