“Facebook”da benzinin qiymətinin qaldırılması ilə bağlı xəbərlər yayılmağa başlayıb.
AZXEBER.COM-un məlumatına görə, sosial şəbəkələrdə bu gecə ölkədə olan yanacaqdoldurma məntəqələrində yanacağın yeni qiymətlərinin alıcalara təqdim olunduğu bildirilib.
Yeni qiymətlərə görə, Aİ-92 markalı benzin70 qəpikdən 93 qəpiyə qaldırılıb. Aİ-95 markalı benzin isə 1 manat 3 qəpiyə qalxıb.
Sosial şəbəkələrdə yayımlanan xəbərlərin doğru olub-olmaması sual altındadır. Hələlik bununla bağlı heç bir rəsmi məlumat yoxdur.
Xatırladaq ki, sonuncu dəfə benzinin qiyməti 2013-cü ildin dekabrın 3-də qaldırılıb. Belə ki, Aİ-92 markalı benzin 55 qəpikdən 70 qəpiyə, Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə, dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılmışdır.