Yanvarın 22-də Türkdilli dövlətlərin beynəlxalq musiqi televiziya kanalı olan Türk Musiqi Birliyinin (TMB) təqdimat mərasimi keçiriləcək.
AZXEBER.COM-un AzərTAc-a istinadən xəbər verir ki, TMB kanalının yaradılmasının məqsədi ölkəmizdə milli mədəni informasiya mühitinin formalaşmasına xidmət etməkdir. TMB kanalı ölkələrin və mədəniyyətlərin təkcə regional deyil, qlobal səviyyədə də təbliği üçün nadir platforma rolunu oynayacaq. Bu televiziya kanalı öz verilişləri vasitəsilə türkdilli dövlətlərin milli mədəniyyətlərinin xüsusiyyətlərini göstərmək və imicinin formalaşdırılmasında çox böyük imkanlar yaradacaqdır. Türkdilli televiziya kanallarının sırasına qoşulacaq TMB-də ekranlaşdırılacaq yeni layihələr vasitəsilə dünya ölkələrinin milli adət-ənənələri və mədəniyyətləri barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq.











































