Azərbaycanda bəzi həkimlər həbs oluna bilərlər

Azərbaycanda bəzi həkimlər həbs oluna bilərlər
Bütün Xəbərlər
15:29 18.10.2012
1048
Azərbaycanda selektiv abort həyata keçirən həkimlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev cümə axşamı Trend-ə bildirib ki, komitənin hazırladığı "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinə və selektiv abortlar qadağan olunacaq.Onun sözlərinə görə, qanun layihəsinə təklif olunan əlavəyə görə, bu müayinəni aparan həkimlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər."Selektiv abortun həyata keçirilməsini valideyn sifariş verir, bu onun arzusu ola bilər. Amma onunla məşğul olan həkimlər var ki, məsuliyyət onların üzərində olmalıdır", - M.Quliyev deyib."Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" hazırlanan qanun layihəsində qeyd olunur ki, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir."Bu o deməkdir ki, süni texnologiyaların tətbiqi ilə dünyaya uşaq gəlirsə, həmin uşağın cinsini seçmək olmaz. Dünyanın əksər ölkələrində bu qadağalar var. Şərq, müsəlman mentalitetinə görə, hamı oğlan uşağı arzulayır, ona görə demoqrafik proseslərdə müəyyən əngəllər törəyə bilər", - M.Quliyev bildirib.
OXŞAR XƏBƏRLƏR