Telman Əliyevin sözlərinə görə, İlham Əliyev yaxın vaxtlarda daha bir neçə naziri dəyişəcək və yenilərini təyin edəcək. İcraçı direktorun sözlərinə görə, artıq bir neçə nazir “Caspian European Club”un üzvləri olan şirkətlərin rəhbərləri ilə görüşməkdən bu il iyunun sonuna qədər imtina edib, səbəb onların taleyinin artıq həll olunmasıdır.
Rəhbəri İlham Əliyev olan nüfuzlu bir təşkilatın icraçı direktorunun - Telman Əliyevin bu bəyanatı mahiyyət etibarilə sensasion sayıla bilər. Çünki burada söhbət hökumətə bağlı ciddi bir qurumun rəhbərliyindəki şəxsin bəyanatından gedir. Ekspertlər Telman Əliyevi hakimiyyətin yuxarı eşelonlarına çox yaxın və kifayət qədər məlumatlı şəxs kimi səciyyələndirirlər. Bununla belə Telman Əliyev öz bəyanatında təfərrüatlara varmayıb və söhbətin konkret olaraq “taleyi artıq həll olunmuş” hansı nazirlərdən getdiyini dəqiqləşdirməyib.