Azərbaycanda brilyant qaçaqçıları tutuldu

Azərbaycanda brilyant qaçaqçıları tutuldu
Bütün Xəbərlər
22:42 19.12.2011
1658

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıb.

AZXEBER.COM-un məlumatına görə bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Azər Ağa oğlu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində aldığı külli miqdarda brilyant daşları qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirərək Azərbaycan Respublikasına gətirib. Azər Mehdiyev Heydər Əliyev Hava Limanında gömrük sərhədini keçdikdən sonra avtomobil dayanacağında yaxalanıb və baxış zamanı ona məxsus əşyaların içərisində külli miqdarda dəyəri olan 190,12 karat brilyant daşlar aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində külli miqdarda dəyəri olan brilyant daşları və qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirmiş Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Hafiz Əli Qara oğlunu da yaxalayıb. Müəyyən edilib ki, Hafiz Abdullayev Qazax rayonundakı «Sınıq Körpü» gömrük postundan keçərək Gürcüstan Respublikasının Tiflis şəhərindən təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə “İstanbul-Dehli” aviareysi ilə Hindistana gedib. Hafiz Abdullayev Dehli şəhərində əldə etdiyi qızıl-brilyant məmulatlarını gizlədərək eyni marşrutla geri qayıdıb və «Sınıq Körpü» gömrük postundan qaçaq yolla keçirib Azərbaycan Respublikasına gətirib. Lakin Hafiz Abdullayev gömrük postunu keçdikdən sonra Qazax rayonu ərazisində yaxalanıb və baxış zamanı gizli gətirdiyi külli miqdarda dəyəri olan 193,87 karat brilyant daşlar və 3 ədəd “585” əyarlı qızıl üzüklər aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci (gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi ilə cinayət işi başlanılıb, Azər Mehdiyev və Hafiz Abdullayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb