"Gözəllik qurban tələb edir" sözü azərbaycanlı məşhurlardan da yan keçmir.
Ölkəmizdə sənətçi xanımlarla yanaşı kişi müğənnilərimiz də baxımlı və yaraşıqlı görünmək üçün bir çox yollardan istifadə edir, tez-tez estetik əməliyyatlara üz tuturlar.
Məşhur xanımlardan fərqli olaraq bəylər daha çox saçlarının rəngə boyayırlar.
AZXEBER.COM saçını boya qoyan kişi müğənnilərimizlə bağlı kiçik araşdırma aparıb.
Beləliklə, saçını rəngləyən müğənnilərimizin siyahısını təqdim edirik:
Hər zaman müxtəlif performanslarıyla fanatlarını sevindirən xalq artisti Faiq Ağayev 2016-cı ilin son ayların da veridyi konsertdə saçlarının rəngin dəyişdi. Bu yenilik müsbət qarşılandı və sevənləri müğənninin bu addımına haqq qazandırdı.

Xalq artisti Baloğlan Əşrəfovun saçları isə heç vaxt ağarmır, burada mistik bir şey axtarmağa dəyməz. Baloğlan müəllim saçına boya qoymaqla qocalığın qarşısını almağa çalışır.

Əməkdar artist Cavanşir Məmmədov saçlarını qara rəngə boyayır və bunu hər zaman etiraf edir.

Xalq artisti Səməd Səmədovda bu qəbildən olan müğənnilərdəndir. 70-dən çox yaşı olan müğənni boya ilə ağarmaqdan yaxa qurtarır.

Müğənni Rəhim Rəhimli də saçına rəng qoyanlardandır.

Gənc müğənni Əhməd Mustafayev də saçını rəng qoyab. Onun bu hərəkəti birmənalı qarşılanmayıb, çoxları bu hərəkətə görə onu qınayıb, Əhməd saçını qəhvəyi rəngə boyayıb.

Müğənni Ramal İsrafilov da saçını boyayan məşhurlardandır.

Nazim Qasımzadə,
AZXEBER.COM