Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq

Azərbaycanda bu qidalar bazardan yığışdırılacaq
SOSİAL
23:31 14.02.2019
5570
Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar.

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur:

"Azərbaycan üçün bu, yəqin ki, yenilik olacaq. Əsas mexanizm ondan ibarətdir ki, agentlik və ya istehsalçılar özləri məhsulun tələb uyğunsuzluğunu aşkar etsə, o zaman onlar həmin məhsulları geri çağırmalıdırlar”
OXŞAR XƏBƏRLƏR