Azərbaycanda bu şəxslər pensiya ALA BİLMƏYƏCƏKLƏR

SOSİAL
12:43 24.05.2019
13133
"Pensiya stajı uyğun gəlməyən vətəndaşlar yanlız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”.

AZXEBER.COM xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib.

O, vurğulayıb ki, yeni qayda pensiya yaşına çatmış əksər vətəndaşların pensiya almasına mane olacaq:

"Dəyişikliyə əsasən, vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik stajla pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir. Çünki elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur”.

İqtisadçı hesab edir ki, "Pensiya Amnistiyası”nın verilməsinə ehtiyac var:

 "Pensiya verilməsi ilə bağlı son zamanlar çoxlu sayda müraciətlər müşahidə olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. Bu  isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq, "Pensiya Amnistiyası”nın verilməsini təklif edirik.  Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir”.

Qeyd edək ki,  bu il prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiq edib. Dəyişiklik 2006-cı ilədək pensiyaya çıxan şəxslərə şamil olunub. 2006-cı ilin əvvəlindən  2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq, pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır.

"Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklə bağlı daha ətraflı burada tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:33 29.09.2020

Bakıda komendant saatı - FOTOREPORTAJ

00:31 29.09.2020

Ərdoğan Consona ermənilərin Qarabağdan çıxmalı olduğunu dedi

00:08 29.09.2020

Gürcüstan gömrükçülərindən erməni separatçılarına növbəti zərbə

23:50 28.09.2020

BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

23:38 28.09.2020

“Caliber” Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbiçilərinin görüntülərini əldə edib - VİDEO

23:19 28.09.2020

Son dəqiqə! Müdafiə Nazirliyi hərbi təyyarəmizin vurulması xəbərini təkzib etdi

22:39 28.09.2020

VPN-lə internetə daxil olanlar mütləq oxusun

22:32 28.09.2020

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

22:15 28.09.2020

İlham Əliyev BMT-nin baş katibi ilə videoformatda görüşdü

22:01 28.09.2020

Azərbaycanın Türkiyədəki səfiri: “Qarşımızda dayana bilməyəcəklər” - VİDEO

21:57 28.09.2020

Müsavat Partiyası və AXCP Qarabağ mövzusunda da kənarda qaldılar

21:48 28.09.2020

Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

21:41 28.09.2020

AzTV işğaldan azad olunan Talış yüksəkliyinin görüntülərini yaydı - VİDEO

21:22 28.09.2020

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bir-birini tərəddüdsüz dəstəkləyir

21:19 28.09.2020

Azərbaycanda komendant saatı başladı

21:08 28.09.2020

Ermənistan ordusunun generalı da öldürüldü

X Mostbet