Gələn aydan bu şəxslərin maaşı 950 manat olacaq

SOSİAL
11:26 10.08.2019
31847
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində  çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb.

Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib.

Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:44 25.05.2020

Rusiyada iki mindən çox hamilə qadın koronavirusa yoluxdu

15:31 25.05.2020

Şamaxıda işçilər hündürlükdən yıxıldı - 1-i öldü

15:13 25.05.2020

5 iyun saat 23:26-da bu hadisə baş verəcək

15:08 25.05.2020

Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür

14:48 25.05.2020

İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

14:43 25.05.2020

Aybəniz İsmayılova: “Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz”

14:22 25.05.2020

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

13:58 25.05.2020

Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı

13:43 25.05.2020

Sabah Azərbaycanda hərarət 31 dərəcəyə yüksələcək

13:34 25.05.2020

İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

12:57 25.05.2020

Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

12:44 25.05.2020

Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı

12:28 25.05.2020

Ermənistanda bir gündə COVID-19-a 452 nəfər yoluxub, 6 nəfər ölüb

12:26 25.05.2020

Dövlət vətəndaş həmrəyliyinə töhfə: kölgədən işiğa doğru

12:14 25.05.2020

Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib - FOTO

11:54 25.05.2020

Əbülfəs Qarayevdən sonra səlahiyyət kimdədir? - Nazirlik açıqlama yaydı