Azərbaycanda bu şəxslərə 126 gün ödənişli məzuniyyət verilir

Azərbaycanda bu şəxslərə 126 gün ödənişli məzuniyyət verilir
SOSİAL
00:01 01.08.2026
266
İşləyən qadınlara hamiləlik və doğuşla bağlı ümumilikdə 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Məlumata görə, həmin məzuniyyət doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gün müddətini əhatə edir.

Bildirilib ki, doğuşdan əvvəl nəzərdə tutulan məzuniyyət müddəti gözlənilən doğuş tarixindən uşağın dünyaya gəldiyi günədək keçən günlərin sayı qədər uzadıla bilər. Bu halda doğuşdan sonrakı məzuniyyət müddəti azaldılmır.

Həmçinin iki aylığadək uşağı övladlığa götürən qadınlar da doğuşdan sonrakı 56 günlük ödənişli sosial məzuniyyətdən yararlana bilərlər.

Uşağın doğulması ilə əlaqədar kişilərə isə tibb müəssisəsinin təqdim etdiyi arayış əsasında ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Qeyd olunub ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri və ya uşağı övladlığa götürən şəxs, eləcə də ailənin digər üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət hüququna malikdir. Bu müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada müavinət ödənilir.
OXŞAR XƏBƏRLƏR