Azərbaycanda bu şəxslərin maaşı 3 dəfə artırıldı - QƏRAR

Azərbaycanda bu şəxslərin maaşı 3 dəfə artırıldı - QƏRAR
SOSİAL
16:45 27.10.2025
935
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarına edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsi müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı

artım əmsalları tətbiq ediləcək:

- baş həkim – 3 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.

Qeyd edək ki, bu qərar avqustun 1-dən tətbiq edilir.
OXŞAR XƏBƏRLƏR