Azərbaycanda çaqqal sürüsü bir kəndə hücum etdi - Kəndin mollası yaralandı

Azərbaycanda çaqqal sürüsü bir kəndə hücum etdi - Kəndin mollası yaralandı
Bütün Xəbərlər
11:58 13.05.2014
2888

Ağdaşın Yenicə kəndinə çaqqal sürüsü hucum edib.

Rayon mərkəzindən təxminən 20 km uzaq məsafədə yerləşən Ağdaşın Yenicə kəndi tez-tez vəhşi heyvanların, xüsusilə də çaqqal və canavarların hücümüna məruz qalır.

AZXEBER.COM-a məlumat verən hadisə şahidlərinin sözlərinə görə, bu gün səhər saat 11 radələrində kəndin mərkəzində yerləşən Yenicə kənd tam orta məktbin direktoru olan Fariz Baxışova məxsus qarışıq mallar mağazasında satıcı işləyən oğlu 40 yaşlı Elçin Baxışov dükanda təmizlik işləri apararkən qəflətən çaqqal hücümüuna məruz qalıb.

Belə ki, kəndə hücüm edən çaqqallardan biri dükana daxil olaraq içəridəçölə çıxış üçün yol tapmadıqda heyvandükan sahibi Elçin Baxışovun üstünə hücüm çəkib.

Özünü müdafiə etmək istəyən satıcı paltar asılan dəmirlə heyvanın başına bir-neçə dəfə zərə endirib və heyvan dükandaca ölüb.Satıcnın hər iki əli isə çaqqalın hücümüna məruz qaldığı üçün yüngülyaralanıb.

Onun sözlərinə görə heyvan qəflətən dükana girməsi onunüçün gözlənilməz olub və özündənbaşqa dükandakı ərzaq məhsullarına və paltarlara ziyan vurmayıb, tələfat yoxdur.

Qeyd edim ki, Ağdaşın bir çox kəndləri kimi Yenicə kəndi də dağlıq əraziyə və meşə massivinə yaxın olduğu üçün yırtıcı heyvanların orda çoxsaylı yuvaları var.Odur ki, kənd sakinləri və çöl örüşünə çıxardılan iribuynuzlu və xırda buynuzlu heyvanlartez-tezvəhşiheyvanların hücümüna məruz qalır.

Onu da qeyd edək ki.yaralanan şəxs kəndin mollasıdır.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR