Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. Qaynata kürəkənini və qudasını bıçaqlayaraq onlara ağır xəsarət yetirib.
AZXEBER.COM-un Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Vilvan kəndində qeydə alınıb. 1969-cu il təvəllüdlüMəmmədov Mahir Ağababa oğlukürəkəni, 1979-cu il təvəllüdlüBayramov Nurəli Şəmsəddin oğlunu və qudası, 1955-ci il təvəllüdlüBayramov Şəmsəddin Qurban oğlunu döş qəfəsi nahiyəsindən bıçaqla vuraraq, ağır xəsarət yetirib. Qeyd edək ki, Nurəli Bayramov həm də Mahir Məmmədovun bacısı oğlu olub. Hadisə baş verən gün Mahir Məmmədov kürəkəninin həyətinə qızının cehizlərini götürmək üçün gəlibmiş. Hər iki zərərçəkmiş təcili olaraq Lənkəran Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Qeyd edək ki, Məmmədov Mahir Ağababa oğlu saxlanılaraq şöbəyə gətirilib. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.