Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub

Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
SOSİAL
17:09 02.06.2025
750
"ARB Günəş” və "Animacenter” özəl animasiya mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gələn ölkənin ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub.

Maarifləndirici və əyləncəli məzmuna malik "Balaş” adlı cizgi serialı 1 İyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü münasibətilə Mərkəzdə həssas qruplara aid uşaq və yeniyetmələrə təqdim edilib. 

Tədbirdə  DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə əlilliyi olan şəxslər və digər həssas qruplardan olanların yaradıcı potensialının inkişafı üçün aparılan işləri diqqətə çatdırıb. Bildirib ki, ölkənin ilk animasiya serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatlı da təsadüfi deyil. Mərkəz 4 ilə yaxındır ki, həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv dəyərlərin təşviqi istiqamətində ardıcıl, innovativ layihələrə imza atır. "Balaş” animasiya filmi də bu missiyaya mühüm töhfə verir.

"ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov 10 il əvvəl fəaliyyətə başlayan bu televiziyanın 2018-ci ildə yaradılan peşəkar dublyaj studiyasında onlarla cizgi və animasiya filminin Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı izləyicilərə təqdim edildiyini bildirib. 

O, "ARB Günəş”in uşaqlar üçün tərbiyəvi və maarifləndirici proqramlarını vurğulayıb. Qeyd edib ki, əyləncəli və maarifləndirici məzmunda olan "Balaş” serialı növbəti mövsümdən "ARB Günəş” televiziyasında yayımlanacaq.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev ölkənin ilk cizgi serialının ərsəyə gəlməsinin önəmini diqqətə çatdırıb, belə layihələrin davamlı olmasını arzulayıb. Audiovizual Şura bundan sonra da "ARB Günəş” televiziyasına bu kimi layihələrin icrasında daim dəstək olacağını deyib.

Təqdimat mərasimində serialının rejissoru və animatoru Sultan Abbasbəyli, ssenari müəllifi Reyhan Yusifqızı, serialda müxtəlif personajları səsləndirən Fəxri Mədəniyyət İşçisi Rəhim Rəhimov çıxış edərək cizgi serialının uşaqları maarifləndirəcəyini də söyləyiblər. 

Qeyd olunub ki, artıq 28 seriyası hazır olan bu cizgi filmi uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayır, onların estetik zövqünü inkişaf etdirir.

Təqdimat mərasiminin sonunda  uşaqlara "ARB Günəş” televiziyası tərəfindən müxtəlif mövzuda uşaq ədəbiyyatı nümunələri paylanılıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı