Bu gün saat 12:00 radələrində Şəkinin Baş Layskı kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb. Yanğın Rəhimov Yasin Səfər oğluna məxsus ümumi sahəsi 64 kvadratmetr olan 1 mərtəbəli yaşayış evində baş verib.
AZXEBER.COM Kanal S-ə istinadən xəbər verir ki, yanğın zamanı evin 9 kvadrat metr sahədə tavanı və 2 kvadratmetr sahədə çardağı yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə xeyli miqdarda maddi ziyan dəyib.
Hadisə yerinə FHN-nin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər qonşular yanğını söndürməyə çalışıblar. İlkin ehtimallara görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Onu da qeyd edək ki, yanan ev “Kanal S” tərəfindən çəkilən “Kəndistan” filminin lentə alındığı məkandır. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.