Azərbaycanda cəmi 2 şagirdi olan məktəblər var –SİYAHI

SOSİAL
15:10 19.04.2016
1906
Təhsil Nazirliyindən məlumat verilib.
Hazırda Azərbaycanda 5 nəfərdən az şagirdi olan orta məktəblər mövcuddur.
Bu barədə AzVision.az-ın sorsuğuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Ağsu, Yardımlının 5, Lerik, Daşkəsən, Qobustan, İsmayıllının 3, Şabran, Zaqatalanın 2, Neftçala, Oğuz, Ordubad, Qusar, Şamaxı, Şəmkir, Lənkərən, Cəlilabad rayonun 1 kənddində 5 nəfər şagird təhsil alır.
Bundan əlavə, Daşkəsən Yolqullar kənd ibtidai məktəbində, Neftçala rayon Mayaq kənd ibtidai məktəbində, Zaqatalanın Meşkeş ibtidai məktəbində, Qobustan Qaracuzlu kənd ibtidai məktəbində cəmi 2 şagird oxuyur.

OXŞAR XƏBƏRLƏR