Azərbaycanda cəzaçəkmə müəssisənə narkotik keçirilməsinin qarşısı alındı

Azərbaycanda cəzaçəkmə müəssisənə narkotik keçirilməsinin qarşısı alındı
Bütün Xəbərlər
11:49 02.10.2013
592

Azərbaycanda cəzaçəkmə müəssisənə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisədə cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 152, 67.1 maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nahid Nizami oğlu Kərimova dayısı oğlu Cəlal Yasin oğlu İsmixanovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 4 (dörd) ədəd konfet kağızına bükülmüş, ümumi çəkisi 7,1 qram narkotik maddə olan “tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR