Azərbaycanda çox adam bu məzuniyyət növündən xəbərsizdir - AÇIQLAMA

Azərbaycanda çox adam bu məzuniyyət növündən xəbərsizdir - AÇIQLAMA
SOSİAL
09:12 18.05.2026
405
Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı qanunvericilikdəki yeniliklər ailə daxili münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Yeni doğulan körpənin ilk günlərində atanın ananın yanında olması həm psixoloji, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Lakin bu humanist addım iş dünyasında müəyyən bürokratik çətinliklərlə qarşılaşıb. Bir çox işçi, işəgötürənlərin bu məzuniyyəti verməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığını və ya bunu illik məzuniyyət hesabına rəsmiləşdirməyə çalışdığını bildirir. Əmək hüquqlarının qorunması və bu imtiyazdan yararlanmaq istəyənlər üçün qanunun tələbləri olduqca konkret və sərtdir. İşəgötürənin subyektiv yanaşması və ya müəssisə daxili qaydalar qanundan üstün ola bilməz.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, əmək məzuniyyəti illik hər kəsdə olmalıdır:

"Yəni ki, atalıq məzuniyyəti ondan asılı deyil. Yəni hər kəsin iş stajına uyğun ildə azı 21 gün əmək məzuniyyəti var. İş stajına, tutduğu vəzifəyə uyğun olaraq ondan da çox olur. Yəni atalıq məzuniyyətinin ona heç bir aidiyyəti yoxdur. Əgər kişinin ailəsində uşaq doğulubsa, o tibb müəssisəsindən arayış təqdim edir və 14 təqvim günü ona verilməlidir. Və əgər işəgötürən vermirsə, Dövlət Əmək Müfəttişliyinə vətəndaş şikayət eləyə bilər, məhkəməyə verə bilər və sairə. Bundan əlavə, atalıq məzuniyyəti sosial baxımdan da mühüm əhəmiyyət daşıyır və ailənin ilk günlərində atanın iştirakı vacib hesab olunur. Bu müddət ərzində işçinin əmək hüquqları, o cümlədən iş yeri və vəzifəsi qorunub saxlanılır. İşəgötürən bu hüququ məhdudlaşdıra bilməz və hər hansı təzyiq göstərilməsi qanun pozuntusu sayılır”.

Hazırda əsas problem vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsi və işini itirmək qorxusu ilə səssiz qalmasıdır. Halbuki qanun bu prosesdə ataların tərəfindədir və işəgötürənlərin qanunsuz tələblərinə qarşı ciddi sanksiyalar nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı