Azərbaycanda çörəkdən sonra unun da qiyməti ucuzlaşdı
Bütün Xəbərlər
10:43 09.11.2011
1963
Oktyabr ayında bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsullarından unun, çovdar və qarışıq undan bişirilən çörəyin, yumurtanın, limonun, portağal və naringinin, almanın, armudun, narın, qozun, kələmin, göyərtinin, çuğundurun, kökün, soğanın, kartofun və s. məhsulların qiymətləri ucuzlaşıb.