Azərbaycanda cütlüklər niyə boşanır? - MÜSAHİBƏ

Azərbaycanda cütlüklər niyə boşanır? - MÜSAHİBƏ
Bütün Xəbərlər
16:30 07.12.2013
3343
"Rahat" Online hüquq şirkətinin baş məsləhətçisi Rəhimov Fuad-ın AZXEBER.COM-a müsahibəsi
- Son zamanlar boşanmaların sayı artır. Sizcə bunun başlıca səbəbi nədir və daha çox hansı problemlərə görə cütlüklər boşanırlar? Sizə müraciət edənlərin statistikasını bilmək maraqlı olardı.
- Son zamanlar ailələrin dağılması Azərbaycanda adi hala çevrilib. Hər gün kiminsə ayrıldığını ve ya boşandığını eşidirik. İnsanlar birgə yaşamağı bacarmadıqda, artıq əvvəllki kimi dözümlülük nümayiş etdirmirlər, birdəfəlik ayrılırlar. Ailə qurmaq çox ciddi məsələdir və bu addımı atmazdan əvvəl ətraflı düşünməli, maddi baxımdan hazırlıqlı olmalı və gələcəkdə mütləq komprpomisa getməyi bacarmaq lazımdır.
Ailələrin dağılmasının birinci səbəbi gənclərin buna hazır olmamasıdır. Çətin bir vəziyyətə düşdükdə, yaxud aralarında yaranan mübahisəni müzakirə edib həll etmək əvəzinə, ayrılmaq üçün məhkəməyə müraciət edirər.
İkinci səbəb maddi baxımdan yaranan problemlərdi. Nigaha daxil olan gənclər onları qarşılayan maddi problemlərlə üzləşdikdə alilədə çoxsaylı narazılıqlara səbəb olur və bu narazılıqlar boşanmağa gətirib çıxarır. Əksər hallarda boşanmaların səbəbi xasiyyətlərin düz gəlmədiyi gösteririlsə də, əslində boşanmanın əsl səbəbi maddi problemlər və seksual problemler olur. İntim həyatda harmoniyanın pozulması və ya uyğunsuzluğu boşanmanın səbəblərindən biridir. Nikahın pozulması səbəbləri təkcə sadalananlardan ibarət deyil. Məsələn, narkomaniya , spirtli içkilər, ev məsələsi, uşağın dünyaya gəlməsi, ciddi xəstəlik, valideynlərin işə qarışması , dünyagörüşlərin fərqli olması ve əsas amillərdən biri tərəflərin bir-birini olan sevgisi və qarşılıqlı hörmatin itməsidir.
- Boşanmalardan sonra uşaqlarla bağlı mübahisələr yaranır. Cəmiyyətdə belə bir streotip formalaşıb ki, uşaq yalnız anasının yanında qalmalıdır. Bu qanunla necə tənzimlənir?
Valideynlər boşandıqda, doğulmuş azyaşlı uşaqlarda əziyyət çəkir. Valideynlər arasında baş verən problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına ciddi təsir göstərir.
Qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən edir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir: “10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olduqda, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilir.
Bu tipli mübahisələri həll edərkən məhkəmə hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürür, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynə şəxsi bağlılığını, valideynlərdən hansının yanında qalması arzusunu nəzərə alıb və uşaqların kimin yanında qalacağını təyin edir.
- Nikah pozulduqdan sonra ər və arvad arasında yaranan əmlak məsələləri necə həll olunur?
- Boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.
Bu cür mübahisələr məhkəmə tərəfindən qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun olaraq baxılır.
Qanunvericilikdə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Ər-arvad birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb etmək hüquqları vardır.
Lakin qeyd etmək istəyirəm ki nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir.
- Sizcə Ailə və məişət zorakılığını yaradan səbəblər hansılardır? Ailədə zorakılığa məruz qalan qadınların hüququ necə qorunur?
- Biz aliə məişət zokarılığı dedikdə əsasən ailədə qadınların zorakılığa məruz qalmasını, qadınların həyat yoldaşları tərəfindən döyülməsi ailədə qadının bərabər hüququa malik olan digər bir ailə başçısı funksiyasının itirilərək ikinci və hətta üçüncü sıraya atılmasını nəzərdə tuturuq. Əslində, bu faktlarla cəmiyyətdə tez-tez qarşılaşırıq. Biz Azərbaycan cəmiyyətində qurulan ailələrə nəzər salsaq bu cür problemlərin əksəriyyətini bölgələrimizdə qurulan ailələrdə yaşandığının şahidi olarıq.
Belə ki, bildiyiniz kimi bizim failiyyətə olan “Rahat” Online Hüququ Xidməti əhaliyə tam fərqli bir hüququ xidməti göstərir yəni Azərbaycan Respublikasının istənilən bölgəsindən evdə oturmaqla istənilən anda canlı ünsiyyət quraraq istənilən hüquqi yardımı almaq mümkündür. Bunun nəticəsidir ki, bizim şirkətə daxil olan zənglərdən də biz belə bir nəticəyə gəlirik ki, Azərbaycanın paytaxt şəhəri olan Bakı şəhərindən və digər iri şəhərlərdən daxil olan zənglərin əksəriyyəti daşınmaz əmlaklarla yaranan problemlərlə bağlıdırsa ucqar rayonlardan və bölgələrdən daxil olan zənglərdən isə daxil olan zənglərin əksəriyyəti ailədə yaşanan bu tipli problemlərlə bağlıdır. Buna misal olaraq bir faktı qeyd etmək istərdim ki, son günlərdə Azərbaycanın cənub zonasından daxil olmuş müraciətdə (P.S.gələn zənglərin anonmliyi və verilən bütün suallar şirkət tərəfindən tam məxfi qaydada qorunduğundan konkret açıqlama verə bimədiyimiz üçün oxucularımızdan üzr istəyirik) ailənin xanımı onun əri tərəfindən dəfələrlə döyülərək təzyiqlərə məruz qaldığını bildirmişdir və sonuncu dəfə gecə saatlarında döyülərək küçəyə atılmışdır.
Ən dəhşətli yaranan problem isə qadın mühafizə orqanlarına müraciət etməkdən belə qorxaraq çəkinmişdir. Lakin xanımın bizə müraciətindən sonra ona düzgün məsləhət verilməsi nəticəsində həmin problem öz həllini tapmışdır. Bir daha bu misalı çəkməkdə oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, bu cür problemlərin yaşanmasında əsas və başlıca səbəb vətandaşlarımızin öz hüquqularını yetərincə bilməməsidir. Azərbaycan Respublikasının Konisitutusiyasının 7-ci maddəsinin 1-ci bəndində qeyd edildiyi kimi, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bir sözlə bu o deməkdir ki, biz tam müstəqil, azad bir cəmiyyətdə yaşayırıq. Yenə də Konsitutsiyaya müraciət edərək qeyd edim ki, Azərbaycan Respublikasının Konsitutusiyasının 25-ci maddəsinin 2-ci bəndi ilə bir daha təsdiq olunur ki, kişi ilə qadın eyni hüquqları və azadlıqları vardır. Bir daha vurğulamaq istəyirəm ki, hüquqlarımızın ytərincə bilməməyimiz nəticəsi bu tip problemlər yaşamasına əbəb olur. Bunu tək qadınlarımıza şamil etmək düzgün olmazdı, belə ki, kişilərində bu sahədə maariflənməsi vacib bir faktordur.
Misal üçün qeyd edim ki, əgər öz xanımına zorakı davranan ona fiziki və psixoloji təsirlərə məruz qoyan kişilər adətən hesab edirlər ki, onun xanımının bütün hüququ onun ərinə aidir və belə olduğu halda kişi xanımı ilə istədiyi formada davranır. Əgər kişi həqiqətən də insan hüquqularını dərk etsə və onun məsuliyətini bilsə, biz bu cür halların nəzərə çarpacaq dərəcədə azalacağının şahidi olarıq. Azərbaycan dövləti hər bir öz vətandaşının hüquqlarını qoruyur onun pozulmasının qarşısını almaq üçün bütün tədbirləri görürAZXEBER.COM
OXŞAR XƏBƏRLƏR