Azərbaycanda daha bir institut direktoru işdən çıxarıldı

Azərbaycanda daha bir institut direktoru işdən çıxarıldı
Bütün Xəbərlər
17:57 09.04.2014
2177
Bu haqda qərar Rəyasət Heyətinin iclasında təsdiq olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev tutduğu vəzifədən azad edilib.
AMEA-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, bu haqda qərar Rəyasət Heyətinin iclasında təsdiq olunub.
M. Babayev vəzifəsindən öz xahişi ilə azad olunub. Digər bir qərarla institutun direktoru vəzifəsini aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov icra edəcək.
OXŞAR XƏBƏRLƏR