Azərbaycanda daha üç dövlət standartı təsdiq edilib

Azərbaycanda daha üç dövlət standartı təsdiq edilib
Bütün Xəbərlər
12:01 25.11.2013
648
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daha üç dövlət standartı təsdiq edilib.
Komitədən AZXEBER.COM-a verilən məlumata görə, AZS ISO/IEC 14496-1-2013 “İnformasiya texnologiyaları. Audiovizual obyektlərin kodlaşdırılması. Hissə 1. Sistemlər”, AZS ETSI EN 302 296-2-2013 “Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart”, AZS 753-2013 “Xilasetmə dairələri. Ümumi texniki şərtlər” və AZS 754-2013 “İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” dövlət standartları təsdiq edilib.
Komitədən bildirilib ki, “İnformasiya texnologiyaları. Audiovizual obyektlərin kodlaşdırılması. Hissə 1. Sistemlər” standartı interaktiv audiovizual kadrlar kommunikasiya sistemini, sistem səviyyəsində funksionallığını müəyyən edir.
“Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM); Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar; Hissə 2. R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standart”ı isə yerüstü rəqəmli televiziya yayım xidmətləri üçün verici avadanlıqlara tətbiq olunur. Normativ sənəddə bu avadanlıqlara qoyulan tələblərin xüsusiyyətləri, texniki tələblərlə uzlaşma üçün testlər haqqında informasiyalar mövcuddur.
“Xilasetmə dairələri. Ümumi texniki şərtlər” dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən xilasetmə dairələrinə şamil edilir. Standart “Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın III qaydasının (1983-cü ildə dəyişikliklər edilmiş)” tələblərinə uyğundur. Normativ sənəddə xilasetmə dairələrinin ölçüləri, xilasetmə dairələrinə aid texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, nəqletmə və saxlanma, istehsalçıların zəmanətləri haqqında informasiyalar mövcuddur.
“İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” dövlət standartı sənədin, onun bir hissəsinin və ya sənədlər toplusunun biblioqrafik təsvirinin tərtibi qaydası (biblioqrafik təsvirin ünsürləri və sahələrin məcmusu, onların ardıcıllıqla verilməsi, ünsürlərin düzgün təqdim edilməsi, ixtisarların düzgün verilməsi) və ümumi tələbləri müəyyən edir. Standart kitabxanalar, elmi-texniki informasiya orqanları, dövlət biblioqrafiya orqanları, naşirlər, biblioqrafik fəaliyyəti həyata keçirən digər təşkilatlar tərəfindən tərtib edilən sənədlərin təsvirində tətbiq edilir.
OXŞAR XƏBƏRLƏR