Azərbaycanda dəhşət: Ögey ana altı yaşlı qızını vəhşicəsinə döyüb kəndirlədi - VİDEO

SOSİAL
10:34 25.07.2020
1917
Astarının Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar. 

2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər. 

Belə ki, ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb.

Altı yaşlı Ruqayənin isə yan nahiyəsində zərbələrdən göyərmə əmələ gəlib. 

Hətta S.Mirzəyeva azyaşlı Ruqayənin boğazına kəndir bağlayaraq, onun evdən çölə çıxmasına mane olub.

Vəhşi əməlin üstünü isə uşaqların dayısı və xalası açıb. Uzun zaman rəhmətə gedən bacılarının uşaqları ilə görüşdürülməyən xala və dayı onlarla görüşən zaman vəziyyətlərinin yaxşı olmadığını və uşaqların bədənlərində xəsarətlərin olduğuna diqqət yetiriblər.

Dəfələrlə polisə şikayət olunsa da, uşaqlar ata həyatda olduğuna görə onun himayəsinə verilib.

Uşaqlara nənələri qəyyumluq etmək istəsə də, ata və ögey ana buna razılıq vermirlər. Səbəb isə uşaqlara verilən aylıq 60 manatlıq müavinətdir.

Hazırda uşaqlar Astara rayon Ərçivan kənd polis idarəsindədirlər.

Onların döyülməsinə görə məsuliyyəti ata öz üzərinə götürüb.

Uşaqların əmisi Xalid Məmmədov isə açıqlama verərək bildirib ki, uşaqlara işgəncə verən onların ögey anasıdır:

"Polis idarəsində cərimə yazıb buraxdılar. Təhqiqatda uşaqlara verilən işgəncələrin ekspertiza nəticəsində təyin olunmasını tələb edirəm. Ailə olaraq bilmək istəyirik ki, uşaqlara kim xəsarət yetirib”.
 
///News24.az
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:05 28.11.2020

Cavad Zərif iranlı alimin öldürülməsini terror aktı adlandırdı

22:56 28.11.2020

Hikmət Hacıyev: Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib

22:40 28.11.2020

İƏT-in 57 üzv ölkəsi tərəfindən Ermənistana qarşı qətnamələr qəbul edilib

22:03 28.11.2020

Xoşqədəm koronavirusdan ölən vəkili haqda yazdı - FOTO

21:57 28.11.2020

Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Fotolar

21:39 28.11.2020

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO

21:19 28.11.2020

Bayrağa hörmətsizlik edən BDU tələbəsi danışdı - VİDEO

20:41 28.11.2020

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - VİDEO

19:42 28.11.2020

Tahir Əlirzayevin ölüm səbəbi bəlli oldu

19:10 28.11.2020

Tanınmış vəkil vəfat etdi

18:35 28.11.2020

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ

18:32 28.11.2020

27 il sonra ilk dəfə: Prezidentin köməkçisi “Qarabağ” klubu ilə Ağdamda futbol oynadı - VİDEO

17:45 28.11.2020

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlandı

17:19 28.11.2020

Azərbaycanda 4212 nəfər koronavirusa yoluxdu, 32 nəfər vəfat etdi

17:15 28.11.2020

Füzulidə həlak olanlardan biri baş redaktordur

16:53 28.11.2020

Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq”