xari

Azərbaycanda dəhşətli cinayət - Oğlanla danışdığı üçün ögey qızını bıçaqladı, anasını isə öldürdü

SOSİAL
15:03 18.01.2021
1052
Naftalanda arvadını öldürməkdə və ögey qızına öldürməyə cəhddə təqsirləndirilən Zəfər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. 1975-ci il təvəllüdlü Zəfər Həsən oğlu Məmmədov qeyri-rəsmi nikahda olduğu arvadı, 1979-cu il təvəllüdlü Verdiyeva Elnurə Elm qızını öldürüb, E.Verdiyevanın birinci evliliyindən olan qızı, 2002-ci il təvəllüdlü Həsənova Aysun Elşad qızına ağır xəsarət yetirib.

İttihama görə, evə sərxoş vəziyyətdə gələn Z.Məmmədov ögey qızının başqa şəxslə mobil telefonla danışmasını bəhanə edərək mübahisə yaradıb. Mübahisə zamanı o, E.Verdiyevaya ardıcıl zərbələr endirib, ögey qızına isə bir zərbə vurub.

E.Verdiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, qızı isə xəstəxanada xilas edilib.

Z.Məmmədova xüsusi amansızlıqla qəsdən adam öldümə və adam öldürməyə cəhd maddələri ilə ittiham verilib.

OXŞAR XƏBƏRLƏR