Azərbaycanda dəhşətli faciə baş verdi

Azərbaycanda dəhşətli faciə baş verdi
Bütün Xəbərlər
11:10 17.07.2012
3263
Azərbaycanda çay sahilində qum yığan ekskavator özünü quma basdırmış 13 yaşlı oğlanı iki yerə bölüb. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Katex çayında qeydə alınıb.Rayonun İtitala kənd sakini, 13 yaşlı Vahid İbad oğlu Hacıyev çayda çimdikdən sonra özünü quma basdırıb. Həmin vaxt çaydan qum yığan traktor xortumu ilə qumu götürərkən 13 yaşlı uşağı iki yerə bölüb.Hadisə ilə bağlı polisə ifadə verən traktor sürücüsü qum yığarkən orada olan azyaşlı uşağı görmədiyini, bu faciənin bir təsadüf nəticəsində meydana gəldiyini bildirib.Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR