Azərbaycanda dəhşətli hadisə: 16 yaşlı yeniyetmə onu illərdir zorlayan kişini öldürdü
Bütün Xəbərlər
12:44 06.08.2012
4954
Azərbaycanda şok hadisə baş verib. Kriminal xəbərlərdə adi bir cinayət hadisəsi kimi təqdim olunan qətlin pərdə arxasında dəhşətli tarixçə gizlənir. Qeyd edək ki, yazıda çəkilən adlar şərtidir.Hadisə Bakıda baş verib. Məmməd Quliyev illər əvvəl qonşuluqlarında yaşayan 10 yaşlı İsmayıl Əhmədovu zorlayıb. Bunun üstü o vaxt açılmayıb və Məmməd İsmayıla qarşı seksual hərəkətlərini davam etdirib. O, qonşusu ilə rayonlardan birinə toya da gedib. Toy sahibi heç nədən şübhələnməyib və onlara qalmaq üçün ayrıca otaq ayırıb. Məmməd orada da İsmayılla qeyri-təbii yolla cinsi əlaqədə olub.Qonşular arasındakı münasibətlər Bakıda da davam edib. Artıq 31 yaşında olan Məmməd 16 yaşlı İsmayıla seksual xarakterli SMS-lər yazıb və günlərin birində onu evlərinə dəvət edib. O, evdə də artıq vərdiş etdikləri hərəkətlərə cəhd göstərib. Lakin İsmayıl evdə kamera quraşdırıldığını, Məmmədin bu yolla onu şantaj etmək istədiyini anlayıb. Onların arasında mübahisə yaranıb və İsmayıl illərdir ona cəhənnəm əzabı yaşadan qonşusunu öldürüb.İsmayıl hazırda həbsdədir. İstintaq orqanları onun hərəkətini qəsdən adam öldürmə kimi tövsif edir. Baxmayaraq ki, yeniyetmə həmin vəziyyətdə anlaqsız olub və cinayəti də affekt vəziyyətində törədi