Azərbaycanda dəhşətli hadisə - Avtomobil 3 nəfərin üstündən keçdi

SOSİAL
10:38 06.01.2022
342
Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Hadisə Şirvan-Salyan avtomobil yolunun şəhərin Çılpaqlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili 3 piyadanı vurub. Hadisə nəticəsində piyadalardan biri ölüb, ikisi xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR