Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Bibioğlu bıçağı dayısı oğlunun ÜRƏYİNƏ SANCDI

HADİSƏ
00:00 15.12.2021
669
Ağstafada qətl hadisəsi baş verib. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. 

2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1999-cu il təvəllüdlü  Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib. O, hadisə yerində dünyasını dəyişib. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu da bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxs tutulub. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Çingiz Vəlizadə ilə Əli Əsgərov dayıoğlu-bibioğludurlar. 
 

OXŞAR XƏBƏRLƏR