Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, yolun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində betonla dolu olan 90 KA 148 dövlət nömrə nişanlı, “MAZ” markalı yük maşını mişar daşı ilə yüklü olan 02 BX 165 dövlət nömrə nişanlı, “MAZ” markalı maşınla toqquşub.Nəticədə hər iki avtomobil aşıb, sürücülərdən biri dünyasını dəyişib, digər sürücü və avtomobildə olan daha bir nəfər yaralanıb. Maşınlarda olan yüklər dağılaraq yolu bağlayıb.Hadisə nəticəsində ölən sürücünün kimliyi hələlik müəyyən edilməyib. Xəsarətlə alan 1986-cı il təvəllüdlü Mirsəməd Şakir oğlu Müseyibov və 1982-ci il təvəllüdlü Teymur Şirinov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.