Azərbaycanda “Demokrat” Gənclər Təşkilatı yarandı

GƏNCLİK
01:51 21.09.2011
2233
  Bu gün “Demokrat” Gənclər Təşkilatının təqdimat mərasimi keçirildi. 

AZXEBER.COM-un məlumatına görə, təşkilatın sədr müavini Saleh Həsənov tədbiri açıq elan etdi və tədbirdə iştirak edənləri salamladı. Sözü təşkilatın sədri Əsədov Rövşənə verdi. Rövşən təşkilatın məqsədləri və gələcək planları, gələcəkdə görəcəkləri işlər-layihələr haqqında vaxtın azlığını nəzərə alaraq qısaca məlumat verdi.

Sonra sözü təşkilatın Beynəlxalq Əlaqələr Deportamentinin koordinatoru Turanə xanıma verdi. Turanə xanım təşkilatın gələcəkdə hansi beynəlxalq layihələrə imza atacağını və hansı fondlarla iş görmək niyyətində olduğunu çatdırdı. Daha sonra Ictimai əlaqələr departamentinin koordinatoru Orxan Şahtürk yaxın müddətdə müəyyən təşkilatlarla birlikdə səs gətirəcək yeni bir layihə üzərində işlənildiyini bildirdi.Tədbirdə bir sıra gənclər təşkilatından,Müsavat Gənclər Təşkilatından, ALGA-dan və AXCP Gənclər komittəsinin sədri Əbülfəz Qurbanlı və AXCP gənclər komitəsinin digər üzvlləri də iştirak edirdi. Sonda söz onlara verildi və onlar yeni yaranmış bu “Demokrat” Gənclər Təşkilatına gələcəkdə uğurlar və tovsiyyələrini verdilər.Və həmişə onlarla birgə,onların yanında olacaqlarını bildirdilər. Və təqdimat mərasimi sona çatdi Rövşən Əsədov da həmişə mübarizəkar gənclərin yanında olduğunu və olacağını bildirdi.Yaxın gələcəkdə yeni layihələrlə meydana çıxacaqlarını əminliklə bildirdilər. Sonda təqdimat mərasimində iştirak etdikləri üçün təşkilatın idarə heyəti öz minnətdarlığını bildirdilər   

OXŞAR XƏBƏRLƏR